Logo

BŞTİ müdiri məktəb idarəetməsi mövzusunda çıxış edəcək

05.04.2021 14:55 302 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva ilə məktəbin səmərəli idarə edilməsi mövzusunda fikir mübadiləsi aparılacaq.

 

"Bələdçi"nin qeyd edilən buraxılışını 5 aprel saat 20:00-da Təhsil İdarəçiləri Assosiasiyasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.

 

Xatırladaq ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan “Bələdçi”nin məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.

Xəbər lenti