Logo

BANM-in 12 tələbəsi təhsillərini Avropa ölkələrində davam etdirəcək

22.01.2024 23:55 153 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrində Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil alacaq.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

BANM-ın rektoru Elmar Qasımov Erasmus+KA107 və mübadilə proqramları ilə təhsillərini davam etdirəcək 12 tələbə və valideynləri ilə görüşərək, onlara uğurlar arzulayıb. Rektor tələbələrə Azərbaycanı, BANM-ı Avropa ölkələrində yüksək səviyyədə təmsil etməyi tövsiyə edib.

Qeyd edək ki, proqramdan yararlanmaq imkanı əldə etmiş tələbələr “Kompüter mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Neft-qaz mühəndisliyi”, “Biznesin idarə edilməsi”, “Kimya mühəndisliyi” ixtisaslarının 3-cü və 4-cü kurslarında təhsil alırlar.

Xəbər lenti