Logo

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq konqresdə

05.04.2021 13:43 84 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin  dilşünaslıq (İbri dili) ixtisasının I kurs magistrantı Jalə Səmədova və II kurs magistrantı Ayxan Qarayev Türkiyənin Erciyes Universitetinin təşəbbüsü ilə Kayseri şəhərində keçirilən USBİK 2021 Uluslararası sosyal bilimleri onlayn beynəlxlaq konqresində iştirak ediblər.

 

Konqresdə Jalə Səmədova  “İbri dilində terminlər və onların yaranma yolları” məruzəsində ibri dilində terminlərin yaranma yollarını müəyyənləşdirmək və onların meydana gəlmə səbəblərini tədqiq etmək yollarından bəhs edib. Müasir ibri dilinə dair elmi-tədqiqat əsərlərindən (monoqrafiya, dərslik, məqalə və s.) terminlərə dair iqtibaslar, müxtəlif mənbələrdə qeyd olunan ibri terminlərindən nümunələr və sözlər misal göstərilib.

 

Magistrant Ayxan Qarayev “Klassik və müasir ibri dilində inkarlıq” adlı məruzəsində klassik ibri dilindən müasir ibri dilinə keçən inkar ədatları, müasir dildə işləklik xüsusiyyətini itirmiş inkar konstituentləri kimi məsələlər, müasir ibri dilinə doğmalaşan prefikslər vasitəsilə inkarlığın ifadəsi, ibri dilinin mononeqativ sintaktik quruluşdan polineqativliyə doğru inkişafından bəhs edən araşdırma işinin nəticələrindən danışıb.

Xəbər lenti