Logo

NASA-nın mütəxəssisləri Marsda “İngenuity” ilə əlaqəni bərpa ediblər

21.01.2024 10:45 157 baxış
IMG

NASA-nın mütəxəssisləri ABŞ-nin Mars mini helikopteri “İngenuity” ilə əlaqəni bərpa ediblər.

Tehsil.biz xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

NASA-nın məlumatına görə, “Ingenuity” missiyasının mühəndislərindən ibarət qrup Qırmızı planetin səthi üzərində aparatın 72-ci uçuşu zamanı rabitə əlaqəsinin qəfil kəsilməsinin səbəbini anlamaq üçün məlumatları araşdırırlar.

Pilotsuz helikopterlə Yer arasındakı əlaqə yanvarın 18-də kəsilmişdi. O, planetin səthini araşdırır və sonradan Yerə çatdırmaq üçün qaya nümunələri toplayır.

“İngenuity”nin Qırmızı planetin atmosferində uçuşlarının ümumi müddəti 128 dəqiqədən çox olub və bu müddət ərzində 17,7 kilometr məsafə qət edib.

Xəbər lenti