Logo

Çörçilin protez dişləri hərraca çıxarılıb - FOTO

21.01.2024 09:50 140 baxış
IMG

Böyük Britaniyada ölkənin keçmiş Baş naziri Uinston Çörçilin protez dişləri hərraca çıxarılıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, hərrac fevralın 6-da Çeltenhemdə keçiriləcək.

Qızıl çərçivəli protezin qiyməti 5-8 min funt sterlinq (10,7 – 17,2 min manat) arasında qiymətləndirilir.

Bildirilir ki, bu protez II Dünya müharibəsi zamanı “Biz çimərliklərdə döyüşəcəyik” çıxışını edərkən onun ağzında olub.

“Çörçillin qoyma dişləri indiyə qədər satdığımız ən qeyri-adi əşyalardan biridir”, - deyə “The Cotswold Auction Company”nin baş icraçı direktoru Liz Pul bildirib.

Xəbər lenti