Logo

Bakı Ali Neft Məktəbinin əməkdaşları COVID-19 infeksiyasına qarşı peyvənd olunur

05.04.2021 12:51 443 baxış
IMG

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Bakı Ali Neft Məktəbinin əməkdaşların COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.

 

Mövcud pandemiya şəraitində dövlət  tərəfindən planlı vaksinasiyanın aparılması “Azərbaycan  Respublikasında COVID-19  xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” ilə tənzimlənir.

 

Bu strategiyaya görə, təhsil sektorunda çalışanlar yüksək risk qrupuna aid olunur. Bunu nəzərə alaraq, indiyədək Ali Məktəbin əməkdaşlarından 50 nəfərdən çox peyvənd olunub.

 

 Xatırladaq ki, peyvəndlənmə dövlət hesabına həyata keçirilir, lakin bundan öncə ola biləcək riskləri azaltmaq məqsədi ilə peyvənd olunacaq şəxslər istənilən tibb müəssisəsində qanlarında antitellərin olmasını yoxlatdırmalıdırlar. Analiz nəticələri uyğun olan şəxslər peyvənd olunmalı, daha sonra isə bu barədə arayışı universitetə təqdim edilməlidirlər.

 

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start verilib.

 

Pandemiyanın  davam  etməsini,  COVID-19  xəstəliyinin  insanların  sağlamlığı üçün  təhlükəli  olmasını,  qlobal  səhiyyə sistemi  qarşısında  mühüm  həyati  vacib məsələlərin   həll edilməli  olduğunu nəzərə alaraq  ÜST  tərəfindən  dünyada bu xəstəliyə qarşı mübarizə də güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edib.

Xəbər lenti