Logo

Regional kollecdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO

19.01.2024 15:51 191 baxış
IMG

Gəncə Dövlət Universitetinin (GDU) nəzdində fəaliyyət göstərən regional kollecdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Tehsil.biz xəbər verir ki, tədbirdən əvvəl kollecin direktoru İlqar Kubışov və əməkdaşlar 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra tədbir iştirakçıları 20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən İ.Kubışov bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixinə təkcə faciə kimi deyil, xalqımızın əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub.

Sonra kollecin tarix müəllim Vüqar Cahangirov çıxış edərək bildirib ki, indi xatirəsini daim əziz və uca tutduğumuz bütün şəhidlərin ruhu şaddır. Qüdrətli ordumuzun rəşadəti, xalqımızın möhkəm birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ Zəfəri ilə şəhidlərimizin intiqamı alınıb, onların qanı yerdə qalmayıb.

Sonda tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Xəbər lenti