Logo

İlk türk astronavt kosmosa yola salınıb

19.01.2024 10:58 211 baxış
IMG

İlk türk astronavt Alper Gezeravcının kosmosa səyahəti başlayıb. Astronavt yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Tehsil.biz xəbər verir ki, bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürurun ifadəsi kimi qiymətləndirilir.

Tarixi uçuş ölkənin demək olar hər yerində quraşdırılan xüsusi ekranlar vasitəsilə yayımlanıb. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep və bir çox digər şəhərlərdə keçirilən tədbirlərlə bölüşüblər.

Uçuşdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk türk astronavtın kosmik səyahəti ilə bağlı videomüraciəti yayımlanıb.

Xəbər lenti