Logo

Sumqayıtda yanğın baş verən yataqxanada tələbələr yaşamır - RƏSMİ

18.01.2024 00:41 227 baxış
IMG

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib. FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

"Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar", - nazirliyin məlumatında qeyd olunub.

Xəbər lenti