Logo

Şəhid polkovnik leytenant Anar Əliyevə həsr olunmuş kitab çıxdı

05.04.2021 10:43 1124 baxış
IMG

Tanınmış cərrah hərbi, həkim-cərrah, Qarabağ müharibəsi veteranı Əli İsmayılovun “İgid ölər, adı qalar” kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb.

 

Kitab 44 günlük Zəfər savaşının qəhrəmanlarından biri, şəhid polkovnik leytenant, briqada komandiri Anar Əliyevə həsr olunub.

 

Kitabda Kəlbəcər rayonunun Boyaxlı kəndində anadan olmuş Anar Əliyevin həyat yolu, peşəkar hərbçi kimi fəaliyyəti, bu sahədə uğurları, bir insan kimi fərdi keyfiyyətləri ailə üzvlərinin, dostlarının, hərbçi yoldaşlarının dilindən təsvir olunub.

 

Cəsur kəfiyyatçı kimi fəaliyyəti geniş ictimaiyyətə gizli qalsa da, Zəfər savaşında misilsiz qəhrəmanlığı, Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi ilə bağlı Prezidentə raportu ona bütün Azərbaycana tanıtdı.

 

Kitabda həmçinin Anar Əliyevin həyat yolunu əks etdirən fotolar, xatirələr, mənsub olduğu şəcərə ağacı yer alıb.

 

Kitab Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin sədri, iş adamı Babək İsmayılovun dəstəyi ilə işıq üzü görüb.

Xəbər lenti