Logo

Alimlər xərçənglə bağlı son statistikanı dərc ediblər

17.01.2024 09:36 192 baxış
IMG

1990-cı ildən 2019-cu ilə qədər 50 yaşa qədər insanlarda xərçəng xəstəliyinin aşkar edilməsi hallarının sayı 79 % artıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı məlumatlar “BMJ Oncology” jurnalında dərc olunub.

Alimlər əldə edilən statistikadan narahat olduqlarını bildirir və artımı insanların həyat tərzinin dəyişməsi və yeni toksinlərin yaranması ilə əlaqələndiriblər.

“Qlobal miqyasda 50 yaşdan aşağı insanlarda yeni xərçəngə yoluxma hallarının aşkarlanmasında 79 % artım var. Bu, əsasən Şimali Amerika, Qərbi Avropa və Avstraliyada qeydə alınır”, - deyə jurnalda qeyd edilib.

Eyni zamanda, hər il 19 yaşa qədər 400 minə qədər insan xərçəngə tutulur.

Mütəxəssislər qeyd ediblər ki, son onilliklər ərzində insanların həyat tərzi əhəmiyyətli dərəcədə dəyişib. Həmçinin xərçəng xəstəliyinin ən məşhur səbəbləri siqaret çəkmək, ultrabənövşəyi şüalanma və genetik meyillilikdir.

Ancaq alimlərin fikrincə, vəziyyət o qədər də birmənalı deyil. İş orasındadır ki, son illərdə onkologiyanın ilkin mərhələlərdə diaqnostikası üsulları xeyli təkmilləşib. Bununla belə, alimlər ən çox 2019-cu ildə xərçəngdən ölüm nisbətinin 1990-cı illə müqayisədə 28 % çox olmasından narahatdırlar.

ÜST-nin məlumatına görə, 2020-ci ildə xərçəng 10 milyon insanın həyatına son qoyub. Ən çox rast gəlinən xərçəng növləri süd vəzi, ağciyər, yoğun və düz bağırsağın xərçəngi olub.

Xəbər lenti