Logo

Bakı məktəblərində istiliklə bağlı vəziyyət açıqlanıb

16.01.2024 10:27 397 baxış
IMG

"Təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən zəruri işlər görülüb".

Tehsil.biz xəbər verir ki, bunu BŞTİ-nin Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlər aparılıb:

"676 təhsil müəssisəsi istiliklə təmin edilib. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 248-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 428-i isə fərdi qazanxana vasitəsilə istiliklə təchiz edilir".

"Monitorinqlər nəticəsində problemlər aşkar olunan məktəb və bağçalarda təmir-bərpa işləri aparıldığını, gündəlik yarana bilən zəruri ehtiyacların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə operativ tədbirlər görüldüyünü, təhsilin fasiləsizliyinə və səmərəli tədris mühitinin təmin olunmasına xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb", - Səccət Mahmudov əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti