Logo

Dünya sirli “X” pandemiyasına hazırlaşır - FOTO

14.01.2024 13:33 146 baxış
IMG

Ümumdünya Davos Forumunun gündəliyinə yeni sirli pandemiyanın müzakirəsi daxil edilib.

Tehsil.biz Unian-a istinadən xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının naməlum “X xəstəliyinin” koronavirus pandemiyasından 20 dəfə çox ölümə səbəb ola biləcəyi barədə xəbərdarlığından sonra baş verib.

Müzakirə yanvarın 17-də baş tutacaq. Bu görüşün iştirakçıları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, Braziliyanın səhiyyə naziri Nisia Trindade Lima, koronavirus əleyhinə peyvənd hazırlayan “AstraZeneca” şirkətinin rəsmiləri və digər səhiyyə ekspertləri olacaq.

Xəbər lenti