Logo

“Qarabağın memarlıq abidələri” toplusu nəşr olunub

12.01.2024 20:36 164 baxış
IMG

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin əməkdaşları tərəfindən aparılan tədqiqatlar üzrə “Qarabağın memarlıq abidələri” toplusu dərc olunub.

İnstitutdan "Tehsil.biz"ə verilən məlumata görə, topluda əsasən Şuşa şəhərinin memarlıq irsinin tədqiqi öz əksini tapıb. Memarlıq abidələrinin müasir vəziyyəti işıqlandırılıb və onların qorunması və bərpa olunması ilə bağlı təkliflər verilib.

Bununla yanaşı, Qarabağın digər bölgələrinin, o cümlədən Xocalı, Qubadlı rayonlarının da memarlıq irsindən bəhs edən məlumatlar topluda yer alıb.

Xəbər lenti