Logo

ATMU tələbələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda - FOTO

10.01.2024 12:02 422 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Mehmanxana və Restoran Biznesi” kafedrasının Qida mühəndisliyi ixtisası üzrə təhsil alan QM 2101 qrup tələbələrinin, həmin kafedranın müəllimləri Pakizə Tanırverdiyeva və Səbinə Qasımovanın rəhbərliyi ilə “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu”nda praktiki-təhlil üzrə ekskursiyası baş tutub.

ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, burada tələbələrə AQTİ-də Keyfiyyətə nəzarət departamentinin - Keyfiyyətin idarə olunması şöbəsinin böyük mütəxəssisi Şəhla İsayeva tərəfindən təlim keçirilib.

Şəhla İsayeva təlimdə tələbərə AQTA tərəfindən keyfiyyətə necə nəzarət olunması, İSO 9001:2015, İSO 22000 və HACCP standartların hazırda və gələcəkdə tətbiqi ilə bağlı məlumat verdi. Daha sonra tələbələr AQTİ-nin laboratoriya şöbələri ilə tanış oldular, burada avadanlıqların iş prinsipləri, beynəlxalq metodlardan istifadə etməklə aqrokimyəvi maddələrdə, baytarlıq preparatlarında, yem və yem əlavələrində, bioloji aktiv qida məhsullarında keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun toksikoloji, mikrobioloji və fiziki-kimyəvi analizlərin aparılma qaydası haqqında laboratoriya əməkdaşları Minayə Paluxova və Aynur xanım tərəfindən ətraflı məlumatlandırılıblar.

Burada tələbələrə tədris zamanı aldıqları nəzəri biliklərinin daha da möhkəmləndirməsi üçün laboratoriyada praktik olaraq onların tətbiqi haqqında geniş informasiya əldə etmələrinə imkan yaranıb.

Xəbər lenti