"Bu gün reallıq onu göstərir ki, təcrübə olmadan, yalnız bilik əsasında müəllimlərin işə götürülməsinin nəticələri məktəbin fəaliyyətində özünü büruzə verir".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili hesab edir ki, yüksək bal meyarı yaxşıdır, amma təcrübənin də olmasına ehtiyac var:
"Çünki direktor seçilən şəxsin öhdəliyi məktəbi idarə etməkdir. Bir insan çox savadlı, bilikli ola bilər, amma onun idarəçilik qabiliyyəti, təcrübəsi yoxdursa, bu, məktəb mühitinə öz təsiri göstərəcək. Məktəb direktorları bütün bu meyarlara cavab verən şəxslər arasından seçilməlidirlər", - C.Məmmədov bildirib.