Logo

Regional Kollecdə Həmrəylik Günü qeyd olunub - FOTO

02.01.2024 21:34 454 baxış
IMG

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.

Çıxış edən Regional Kollecin direktoru dosent İlqar Kubişovun sözlərinə görə, yola saldığımız ilin ən əlamətdar tarixi hadisəsi ondan ibarət oldu ki, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və bunla da ölkəmizin ərazi suverenliyi tam bərpa edilib. Bu yolda, canlarını vətən uğrunda şəhid etmiş qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə isə cansağlığı arzu edirik.

Tədbirdə kollecin məzunu, şəhid Amal Əhmədovun anası Mehriban Əhmədova, Vətən müharibəsi qazisi Kamal Əmirov öz çıxışlarında onlara göstərilən diqqət və qayğıdan söhbət açaraq şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanların rifahının yaxşılaşdırılması kimi məsələlərin dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğunu bildiriblər.

Sonra Regional Kollecin bir sıra əməkdaşları qüsursuz fəaliyyətinə və çalışdıqları dövrdə fərqəndiklərinə görə fəxri fərmanlarla təltif olunublar.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbər lenti