Logo

Sumqayıtda təhsil müəssisəsinin həyətində yanğın olub

01.01.2024 21:31 213 baxış
IMG

Sumqayıtda yerləşən təhsil müəssisəsinin həyətində yanğın baş verib.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, hadisə Tibb Kollecinin həyətində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti