Logo

Məktəblər açılmayacaq - Dərslər bir də... - AÇIQLAMA

02.04.2021 13:36 5510 baxış
IMG

"Aprel ayının 5-dən etibarən yalnız orta məktəblərdə dərslər distant formada tədris olunacaq".

 

Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

Ekspert bildirib ki, ənənəvi formada dərslərin bərpası sentyabrın 15-dən olacaq:

 

"Fikrimcə bu tədris ilinin sonuna qədər dərslər distant formada da davam edəcək. Yəni məktəblərin bir daha yenidən bərpa olunmasını gözləmirəm. Çünki tədris ilinin başa çatmasına 2 ay 10-12 gün vaxt qalıb. Bu müddətə qədər əslində dərsləri ənənəvi formada davam etdirmək də olardı. Amma bunu etmədilərsə, deməli bu tədris ili sona qədər onlayn formada davam edəcək.

 

Ümumiyyətlə bütün təhsil pillələri üzrə ənənəvi formada dərslərin bərpası 2021-ci ilin yeni təhsil ilinin başlanğıcında, yəni sentyabrın 15-dən mümkün ola bilər. O vaxta qədər isə təəssüflər olsun ki, dəsrlər distant formada davam edəcək".

Xəbər lenti