Logo

Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının iclası keçirilib

25.12.2023 18:38 121 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının növbəti iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, onlayn tədbirdə problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik Rasim Əliquliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, tədbir respublikanın müxtəlif ali məktəbləri, elmi-tədqiqat müəssisələri, eyni zamanda, AMEA-nın institut və təşkilatlarından daxil olmuş dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.

Sonra akademik R.Əliquliyev 4 elmlər və 19 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar problem şurası üzvlərinin suallarını cavablandırıblar.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti