Dekabrın 22-də Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı ilə Gənc müəllimlər dilimizin keşiyində layihəsinin forumu keçirilib.
Tehsil.biz xəbər verir ki, 2 hissədən ibarət olan forumun 1-ci hissəsi rəsmi hissəni təşkil edib. Bu hissədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri Ülvi Osmanlı spiker qismində çıxış ediblər.
Son olaraq spikerimiz natiqlik üzrə təlimçi, ingilis dili müəllimi, yazar, sahibkar Anar Yaşaroğlu “Deməyə sözünüz olsun” mövzusunda təqdimat edib və müəllimləri maraqlandıran sualları cavablandırmışdır.