Logo

Məktəblərlə bağlı qərara REAKSİYA - Nazirlik İTTİHAM OLUNDU

02.04.2021 10:18 9009 baxış
IMG

"Tədrisin distanta keçirilməsi nə qədər ağır olsa da, gözlənilən qərar idi".

 

Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

Ekspert bildirib ki, distant təhsilə keçid ciddi problemlərə səbəb olacaq:

 

"Son günlər yoluxma sayındakı artım ciddi şəkildə çoxalıb və bu da tədrisin ənənəvi qaydada keçirilməsinə imkan vermir. Amma hesab edirəm ki, bu addım atılmaması lazım olan bir addım idi. Çünki insanlar təkcə təhsil müəssisələrində yoluxmur. Eyni zamanda onlar gündəlik ictimai nəqliyyatda, digər məkanlarda da yoluxmağa məruz qalırlar. Tədrisin məsafədən təşkili çox ciddi problemləri də özü ilə gətirəcək. Çünki bizim elektron resuruslarımız yoxdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bir il ərzində heç bir resurs yaratmayıb. Yəni onlar onlayn tədris üçün TV-i dərsləri, virtual məktəbi ortaya qoyublar.

 

Bu vəziyyətdə onlayna keçmək birmənalı şəkildə effekt verməyəcək. Təkcə resurs çatışmazlığı deyil, eyni zamanda elektron ləvazimatlar (kompüter, planşet, telefon) da yoxdur. Digər tərəfdən onlayn dərslər zamanı valideyinlər əksər hallarda evdə olmayacaqlar. Onlar dərslərdə necə iştirak etməlidirlər? Hesab edirəm ki, birmənalı şəkildə distant təhsilə keçid mənfi bir tendensiya idi. Çünki şagirdlərin uzun müddət tədris prosesindən kənarda qalması onlara ciddi şəkildə mənfi təsir göstərəcək, zəruri biliklər əldə etməsinə mane olmaqla yanaşı, onlara fiziki də təsir göstərəcək".

Xəbər lenti