Logo

On beş mindən çox məktəbli “Bilim Bakı”ya cəlb olunub

22.12.2023 15:15 355 baxış
IMG

Paytaxtın 307 məktəbindən 15 mindən çox şagird “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunub.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil məktəblərinin 6-14 yaşarası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnoloji marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.

Xəbər lenti