Logo

"Kəsr pulu ödəmək istəmirəm" - ATU tələbəsinin şikayəti

01.04.2021 23:53 2009 baxış
IMG

Azərbaycan Tibb Universiteti tələbələrinin göndərdiyi şikayəti olduğu kimi yayımlayırıq:

 

"Semestr başlayanda bir hissəsini paylaşdığım bu pdf biz tələbələrə göndərildi ki, qaydalar aşağıdakı kimi olacaq. Təlimatla tanış olduqdan sonra referat və kollokviumların müşayiəti ilə həyəcan dolu bir semestrin bizi gözlədiyini bildik və hazırlaşmağa başladıq. Bu həftə isə "mükəmməl" bir qərar eşitdik: bəzi fənləri distant, bəzi fənləri (praktika məqsədilə) klinikalarda keçən 3cü kurs tələbələri II kollokviumu universitetdə imtahan mərkəzində verəcək. (DİQQƏT: distant və ənənəvi qaydada keçdiyimiz bütün fənləri imtahan mərkəzində ənənəvi qaydada verəcəyik!) Geridə qoyduğumuz 2 semestr universitet bizə çox güzəştlər etdi, nəzərə alaq ki, distant təhsildən daha çox əziyət çəkən ATU'dur, bu güzəştlər gözlənilən idi, olunmalı idi və olundu da. Tələbələrinə heç bir narahatlıq vermədən güzəştlər edən ATU rəhbərliyinə bunun üçün təşəkkür edirik. Bəs nə baş verdi ki, bu semestr ATU doğma tələbələrinə yadlaşdı?! Halbuki semestrin əvvəlində aşağıda paylaşdığım "Təlimat"da yazıldığı kimi "2 online kollokvium keçiriləcək, 2ci kollekvium mərkəzi qaydada keçiriləcək" yazılıb. 
Zəhmət olmasa, 4.4 və 4.12-ə baxın, diqqətlə oxuyun. Burdakı 'MƏRKƏZİ QAYDADA' ifadəsi 2ci kollokvoiumun müəllimlər tərəfindən deyil, yəni İmtahan mərkəzi tərəfindən götürüləcəyi deməkdir. Mötərizədən əvvəlki ONLİNE sözü isə 2ci kollokviumun ONLİNE ŞƏKİLDƏ MƏRKƏZLƏŞMİŞ QAYDADA KEÇİRİLƏCƏK mənasına gəlir. Həm distant, həm də klinikalarda keçdiyimiz ənənəvi dərslərin 2ci kollokviumlarının mərkəzləşmiş qaydada online formatda keçiriləcəyi yazılmış "Təlimat"la hal-hazırda Tibb tələbələrinin arasında heç bir əlaqə yoxdur. 


1. Hansı haqla distant keçdiyimiz fənlərin sorğusu tələbələrdən ənənəvi qaydada götürülür?
2. Nəyə görə "Təlimat"da yazılanlar tətbiq olunmur?
3. Nəyə görə tələbələr kollokvium həftəsinin başlanmasına bir neçə gün qalmış sorğunun ənənəvi qaydada keçiriləcəyi haqda məlumatlandırılırlar?


Bura yazmaq istədiyim çox suallar var, amma elə yazdıqlarım cavablandırılsa mənim üçün kifayətdir. 


SONDA❗❗❗ Əgər geridə qoyduğumuz 2 semestr ərzində edilən güzəştlər nəticəsində aldığımız stipendiyaların indi bizdən hesabı sorulursa, mən 2 semestr ərzində aldığım stipendiyaları universitetə geri qaytarmağa hazıram, amma KƏSR PULU ÖDƏMƏK İSTƏMİRƏM!!!

 

Gəray Gəraybəyli, hörmətli rektor, sizin tələbələrinizin arxasında duracağınıza, hər zamankı kimi bizə anlayış göstərəciyinizə ümidliyəm.

 

Emin Əmrullayev, cənab nazir, bu gün məktəblərin bağlanması haqqında verilən qərardan da yoluxma artımına qarşı müvafiq tədbirlər görülməli olduğundan çıxış edərək, belə təhlükəli bir zamanda tələbələrin universitetdə imtahan edilməsi qəbuledilməzliyi gerçəkliyi ilə sizdən problemimizə aydınlıq gətirməyinizi xahiş edirəm.

 

Azərbaycan Universitetləri, bu məlumatı işıqlandırsanız şad olaram."

 

Mənbə: "Azərbaycan Universitetləri" səhifəsi

 

 

 

 

Xəbər lenti