Logo

"Heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış edir"

21.12.2023 12:41 198 baxış
IMG

"Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırılması üzrə işlər davam edir".

Tehsil.biz xəbər verir ki, bbunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, onlar din adından istifadə edirlər:

"Heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış edir. Bütün dinlər sülhə, əmin-amanlığa çağırır. Amma din adından sui-istifadə edənlər var. Bu cür halların aradan qaldırılması üçün geniş maarifləndirmə işləri də aparılır".

Kənan Nağıbəyli

Xəbər lenti