Logo

Mübariz Qurbanlı: "Bakı İlahiyyat Kollecində 20 nəfər təhsil alacaq"

21.12.2023 12:21 171 baxış
IMG

"Bakı İlahiyyat Kollecinə 20 nəfərin qəbulu nəzərdə tutulub".

"Tehsil.biz"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, təhsil müəssisəsinin binasının harada yerləşməsi ilə bağlı məsələ İqtisadiyyat Nazirliyinin səlahiyyətindədir.

"Bu, təhsil müəssisəsinin yaradılması ilə bağlı imzalanmış sənəddə əksini tapıb. İqtisadiyyat Nazirliyi müvafiq qurum vasitəsilə müəyyən təkliflər verəcək. Bundan sonra məsələ öz həllini tapacaq. İlkin olaraq müəllim və tələbə heyəti də daxil olmaqla 20 nəfərin qəbulu nəzərdə tutulur. Növbəti illərdə bu sayın artacağını nəzərə alsaq, bir bina təklif olunacaq", - M.Qurbanlı əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti