Logo

Mingəçevirdə 2 tələbəni avtomobil vurub

20.12.2023 21:00 212 baxış
IMG

Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

Tehsil.biz xəbər verir ki, bu haqda DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan .bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Hər iki piyadanın Mingəçevir Turizm Kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti