Logo

"Sənətin ən yaxşı bilicisi” kulinariya müsabiqəsi keçirilib - FOTO

20.12.2023 17:08 154 baxış
IMG

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Sənətin ən yaxşı bilicisi” kulinariya müsabiqəsi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektorunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi peşə təhsilinin və mətbəx mədəniyyətinin gənclər arasında təbliğ olunmasından ibarətdir.

Müsabiqədə Xətai rayonunda yerləşən 86, 204, 260, 264 nömrəli tam orta məktəbin şagirdləri və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz ixtisası üzrə təhsil alan I kurs tələbələri iştirak ediblər. İştirakçılar soyuq qəlyanaltılar və salatlar hazırlayıblar. Hazırlanan təamlar münsiflər heyəti - Aşpazlar Gildiyasının üzvləri Əli Rəhimov, Roman İmamquliyev, Sərxan İmamlı və Babək Gənc tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinin qərarına əsasən, 204 nömrəli tam orta məktəb I yerə, 86 nömrəli tam orta məktəb II yerə, 264 nömrəli tam orta məktəb III yerə layiq görülüb. Qaliblər və iştirakçılar diplom, təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.

Xəbər lenti