Logo

Paytaxtdakı məktəblərdə psixoloji xidmətin təşkilinə dəstək göstərilib

20.12.2023 16:07 433 baxış
IMG

İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi tərəfindən paytaxtdakı təhsil müəssisələrinə psixoloji xidmətin təşkili və inkişafı istiqamətində dəstək göstərilib.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, qeyd edilən istiqamət çərçivəsində 10 məktəbdə 242 dərs müşahidəsi aparılıb, 2 758 şagird arasında sorğu, 2 806 şagird arasında test həyata keçirilib, həmçinin 1 437 valideyn üçün maarifləndirici seminar təşkil olunub, 6 284 valideyn arasında “Google form” platforması üzərindən anonim sorğu aparılıb.

Eyni zamanda, 643 müəllimlə şagirdlərin yaş xüsusiyyətləri, müəllim-şagird münasibətlərinin düzgün qurulması mövzusunda maarifləndirici seminarlar təşkil olunub, 27 məktəbdə psixoloqların fəaliyyətinin monitorinqi həyata keçirilib və 31 məktəbdə xüsusi hallarla bağlı iş aparılıb.

Xəbər lenti