Logo

Məktəblərin fəaliyyət planları təhlil olunub

20.12.2023 14:17 392 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə fəaliyyət planları təhlil olunub.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, fəaliyyət planları əvvəlcədən müəyyənləşdirilmiş 9 meyar üzrə ölçülüb və təhlil hesabatı hazırlanıb. Fəaliyyət planlarının təhlil olunmasında əsas məqsəd təhsil müəssisələrinin illik fəaliyyətlərinin tələblərə uyğun olmasını müəyyənləşdirmək və spesifik planların hazırlanmasına dəstək olmaqdan ibarətdir.

Xəbər lenti