Logo

TN: Bağçalarda tədrislə bağlı yerli icra hakimiyyətləri qərar qəbul edəcəklər

01.04.2021 17:05 596 baxış
IMG

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu universitet və bağçalarda tədrisin əyani formada davam edib-etməyəcəyi məsələsini şərh edib.

 

Tehsil.biz-in məlumatına görə, şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyi Kollegiyasının bugünkü qərarı yalnız ümumtəhsil müəssisələrini əhatə edir: "Bildiyiniz kimi, ali təhsil müəssisələrində tədris distant formada davam edirdi, əyani dərslərə başlanılmamışdı. O ki, qaldı məktəbəqədər təhsil müəssisələrinə, bu müəssisələr yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyətləri vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər”. (APA)

Xəbər lenti