Logo

Müəllim və şagirdlər mikroavtobusda dəm qazından zəhərləniblər - YENİLƏNİB

18.12.2023 13:39 192 baxış
IMG

Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb.

TƏBİB-dən "Tehsil.biz"ə bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.

Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib.

"Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".

Qeyd edək ki, həmin şəxslər 1965-ci il təvəllüdlü müəllim İsmayılova Göyçək Mətləb qızı, 2013-cü il təvəllüdlü Yarıyeva Fidan Seymur qızı, 2014-cü il təvəllüdlü Nüsrəddin Məhəmməd Samir oğlu, Hüseynli Məhəmməd İlham oğlu, Poladova Gülüstan Rauf qızı, Zahidli Təqi Azad oğlu, Həsənzadə Nazlı Anar qızı, Mənsimli Səadət Rauf qızı və Nuriyeva Tunar Hafiz qızıdır.

12:51

Saatlıda dərsə gedən məktəblilər avtobusda olarkən dəm qazından zəhərləniblər.

"Tehsil.biz"in məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Dərhal Saatlı Rayon Mərkəzi xəstəxanasına çatdırılan məktəblilərin səhhətinin qənaətbaəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti