Logo

Peşə təmayüllü siniflərin əhatə dairəsi genişləndiriləcək - EKSKLÜZİV

18.12.2023 13:13 194 baxış
IMG

"Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin sosial-iqtisadi strategiyası qəbul edildi, peşə təmayüllü siniflər də bu strategiyaya daxil olundu".

Bunu "Tehsil.biz"ə açıqlamasında “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin rəhbəri Xanım Şabanova deyib.

Onun sözlərinə görə, 2026-cı ilə qədər peşə təmayüllü siniflərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur:

"Bu tarixə qədər ölkə üzrə ümumtəhsil məktəblərinin 15 %-nə qədərində peşə təmayüllü siniflərin təşkili nəzərdə tutulmuşdu. Eyni zamanda bu müddət ərzində yeni ixtisasların tətbiqi, mövcud proqramların təkmilləşdirilməsi nəzərdə tutulub", - layihə rəhbəri qeyd edib.

Mərcanə Əsədova

Xəbər lenti