Logo

Data analitika ilə bağlı təlimlərə yekun vurulub - FOTO

17.12.2023 09:39 181 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə keçirilən “Data analitikada vizuallaşdırmanın əhəmiyyəti” adlı təlimlərə yekun vurulub. 

Bu barədə "Tehsil.biz"ə BMU-dan məlumat verilib.

Bildirilib ki, “Gələcəyin peşəsini öyrən” layihəsi çərçivəsində gerşəkləşdirilən təlimin sonuncu günü tələbələr yekun praktik tapşırıqlar yerinə yetiriblər.       

Sonda yaxşı nəticə göstərən tələbələrə “Handex” MMC tərəfindən hədiyyələr və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, iki həftə ərzində davam təlim müddətində tələbələrə “Handex” MMC-nin rəhbəri Rəşad Qurbanov tərəfindən “Power BI” vizuallaşdırma proqramı, data analitikası, proqram təminatı kimi istiqamətlərdə məlumatlar təqdim edilib.  

Xəbər lenti