Logo

Nazir: "1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır"

15.12.2023 11:57 147 baxış
IMG

“2020-ci ilin sonunadək 220, 2021-ci ilin sonunadək 478, 2022-ci ilin sonunadək 1180, 2023-cü ilin sonunadək 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, 2026-cı ilədək 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır:

"Şagird-kompüter nisbətində 2020-ci ildə 36 şagirdə bir kompüter düşürdüsə, 2026-cı ildə bu say altı şagirdə bir kompüter təşkil edəcək”.

Kənan Nağıbəyli

Xəbər lenti