“Əməkhaqqı artımından sonra direktor olmaq istəyənlərin sayı artıb”.
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.
Nazir bildirib ki, bu gün 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır:
"Əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb. 2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır".
Mərcanə Əsədova