Logo

Bu günə qədər 40 minədək müəllim sertifikasiyadan keçib

15.12.2023 11:07 392 baxış
IMG

"Azərbaycanda növbəti illərdə müəllimlərin bir qisminin daimi ştatda işləməsi təmin ediləcək".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.

Nazir bildirib ki, bu istiqamətdə işlər həyata keçirilir:

"Müəllimlərin güclü və bacarıqlı olması üçün sertifikasiya imtahanları təşkil edilib. Bu, daha uzun vədədə daha yaxşı addımdır. Bu günə qədər 40 minədək müəllim sertifikasiyadan keçib. Onun da 32 mini uğur qazanıb və onların əməkhaqqısına əlavələr edilib. Misal olaraq, bu gün 33 saat dərsi olan 950 müəllim (0.7 %) 2000 və daha artıq əməkhaqqı alır. Müəllimlər yarımştat kimi çalışa bilməz. Yəni müəllim məktəbə arada gəlib-getməli deyil".

Mərcanə Əsədova

Xəbər lenti