Logo

AzTU-da "Gələcəyin peşələri" mövzusunda təlim keçirilib - FOTO

15.12.2023 00:23 190 baxış
IMG

IDTECH Akedemiyanın təlimçiləri Azərbaycan Texniki Universitetində (AzTU) "Gələcəyin peşələri" mövzusunda təlim keçib.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimdə İT, kibertəhlükəsizlik və proqramlaşdırma ilə bağlı zəruri məlumatlar tələbələrin diqqətinə çatdırılıb.

Sözügedən sahələr üzrə iş imkanları, beynəlxalq sertifikaların əldə olunması və əhəmiyyəti haqqında da ətraflı məlumat verilib.

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti