Logo

İnformatika təmayüllü X-XI sinif şagirdləri üçün infosessiya keçirilib - FOTO

14.12.2023 22:22 138 baxış
IMG

ADA Universitetində Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə “Kod saatı” qlobal hərəkatı çərçivəsində informatika təmayüllü X-XI sinif şagirdlərinin həvəsləndirilməsi və rəqəmsal bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə infosessiya keçirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, “Kod saatı” hərəkatının əsas məqsədi IT sahəsini məktəblilər arasında təşviq etmək, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etməkdir.

Tədbirdə ekspert və mütəxəssislər iş təcrübələrini auditoriya ilə bölüşərək rəqəmsal mühit, startaplar, uğurlu rəqəmsal peşələr, yerli və xarici universitetlərdə informasiya texnologiyaları üzrə ixtisaslar və s. mövzularla bağlı çıxış ediblər.

Xəbər lenti