Logo

Milli yeni nəsil iqtisadiyyatın formalaşması problemləri və həlli mexanizmləri tədqiq olunur

14.12.2023 18:45 170 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda qlobal rəqəmsal transformasiya kontekstində milli yeni nəsil iqtisadiyyatın formalaşması problemləri və həlli mexanizmləri tədqiq olunur.

Tehsil.biz xəbər verir ki, bu barədə Elmi şuranın iclasında şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev məlumat verib.

Alim yeni rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin araşdırılması və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi ilə bağlı yerinə yetirilmiş elmi-tədqiqat işlərindən bəhs edib. O, süni intellekt əsasında texnoloji iqtisadiyyat sektorlarının və iqtisadi qərar qəbuletmə sistemlərinin həlli mexanizmlərinin işlənilməsi, Big Data əsaslı texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin təhlili, Azərbaycanın internet mühitində kommersiya xarakterli informasiya mübadiləsinin təhlili, informasiya istehsalçısı və istehlakçısının qarşılıqlı münasibətlərinin ümumi iqtisadi inkişafa təsiri və s. ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Xəbər lenti