Logo

Pilot siniflərdə monitorinqlərə başlanılıb - FOTO

14.12.2023 12:58 413 baxış
IMG

Təhsil İnstitutunun əməkdaşları və dərslik müəllifləri pilot siniflərdə monitorinqlərə başlayıblar.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, monitorinqlərdə yeni dərslik komplektlərinin pilot sınağının gedişini müşahidə etmək, müəllim-şagird-valideyn üçlüyünün rəy və təkliflərini öyrənmək və qarşıya çıxan problemlərlə bağlı lazımi tövsiyələr vermək nəzərdə tutulur.

Yeni dərsliklərin sınaq prosesi ümumi təhsil müəssisələrinin bir sinfində həyata keçirilir.

Xəbər lenti