Dövlət İmtahan Mərkəzi tərəfindən 11 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Baş prokurorluğunun əməkdaşları üçün “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri“ mövzusunda təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.
Təlim zamanı DİM-in əməkdaşı Günel Həsənova tərəfindən sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.