Logo

“Mirzə Rəhim Fəna. Əsərləri” kitabi işıq üzü görüb

11.12.2023 22:49 187 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Mirzə Rəhim Fəna. Əsərləri” kitabı işıq üzü görüb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, yeni nəşri tərtib edib ona “Ön söz” yazan, kitabı ərəb əlifbasından transfoneliterasiya edərək nəşrə hazırlayan Əlyazmalar İnstitutunun alimləri – filologiya elmləri doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır.

Kitabda XIX əsr Qarabağ ədəbi mühitinin yetirdiyi “Məclisi-üns” ədəbi məclisinin yaradıcılarından olan, istedadlı şair Mirzə Rəhim Fənanın şeirləri, məsnəviləri, qəzəl, qəsidə və rübailəri, o cümlədən məktub və müşairələri ilk dəfə olaraq oxuculara təqdim olunur.

Qeyd edək ki, yeni nəşrin redaktoru Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, rəyçisi institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Xəbər lenti