Logo

“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” kitabının təqdimatı keçirilib - FOTO

11.12.2023 22:31 146 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” kitabının təqdimatı keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov kitab barədə məlumat verib. Bildirilib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Abid Tahirli, rəyçiləri akademik Teymur Kərimli və filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, naşiri isə filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalıdır.

Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva kitab haqqında geniş məruzə ilə çıxış edib.

Tədbirdə Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli, Əməkdar jurnalistlər Qulu Məhərrəmli, Namiq Əhmədov və İlham Quliyev, professor Nəsiman Yaqublu, filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə və başqaları çıxış edərək kitabın məziyyətləri haqqında fikirlərini bölüşüblər.

Xəbər lenti