Logo

DİN Şirvanda məktəblilər arasında baş vermiş bıçaqlanma ilə bağlı məlumat yayıb - YENİLƏNİB

11.12.2023 21:08 177 baxış
IMG

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

"Tehsil.biz"in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

20:18

Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2010-cu il təvəllüdlü Allahverdizadə Şakir Həsənxan oğlu sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Onun Ümid adlı 9-cu sinif şagirdi tərəfindən bıçaqla vurulduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti