Logo

Yeniyetmələrimiz 20-ci Beynəlxalq Elm Olimpiadasında 4 medal qazanıblar

11.12.2023 18:15 237 baxış
IMG

Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Rəsul Ağakişiyev gümüş medal, Bakı şəhəri Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilarə Yaqublu isə bürünc medal əldə ediblər.

Xəbər lenti