Logo

Respublika fənn olimpiadalarında 62 min 759 şagird iştirak edəcək

11.12.2023 17:42 138 baxış
IMG

Respublika fənn olimpiadalarında (RFO) iştirak üçün 62 min 759 şagird elektron qaydada qeydiyyatdan keçib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz" bildirilib ki, elektron müraciətlər portal.edu.az platformasının “Müsabiqə və olimpiadalar” bölməsi vasitəsilə aparılıb.

Qeyd edək ki, RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Xəbər lenti