Logo

UNEC ilə Çin universiteti arasında memorandum imzalanıb - FOTO

11.12.2023 17:06 169 baxış
IMG

Dekabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Çinin Hebei İqtisadiyyat və Biznes Universitetinin vitse-prezident professor Li Guijin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, görüşdə universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə forum və konfransın keçirilməsi, tədqiqatların aparılması və nəticələrin çap etdirilməsi, “Kəmər–Yol” təşəbbüsü ilə bağlı məlumat mübadiləsinə dair razılıq əldə edilib və yeni əməkdaşlıq forması haqqında fikir mübadiləsi aparılıb.

Yekunda əməkdaşlıq memorandumu imzalanıb. Sənədi UNEC-in rektoru Ədalət Muradov və professor Li Guij imzalayıblar.

Xəbər lenti