Logo

AzMİU tələbələri Türkiyə universitetlərində elmi tədqiqatlara cəlb olunacaqlar

11.12.2023 15:50 167 baxış
IMG

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.

Görüşdə Yunus Əmrə İnstitutu ilə AzMİU arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib. Tələbələrin gələcəkdə Türkiyə universitetlərində elmi tədqiqatlara cəlb olunması, tikinti qurumlarında istehsalat təcrübəsi keçmələrinə dəstək göstərilməsi, həmçinin türkiyəli mütəxəssislərin AzMİU-da master-klaslar, seminarlar və sərgilər keçirməsinə şərait yaradılması qərara alınıb.

Görüşün əsas müzakirə mövzusu isə Türkiyə universitetləri ilə həyata keçiriləcək ikili diplom proqramları olub. Müzakirə zaman Türkiyədə təhsil alacaq AzMİU tələbələri üçün türk dili kursları və TYS (Türkcə Yetərlilik Sınavı) imtahanı, həmçinin AzMİU-ya gələcək türk tələbələr üçün Azərbaycan dili kursu və imtahanının təşkil olunması kimi vacib məsələlərə toxunulub.

Xəbər lenti