Logo

ATMU tələbələri “Herba-Flora” MMC-də - FOTO

11.12.2023 15:29 183 baxış
IMG

Dekabrın 7-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və Restoran Biznesi” kafedrasının Qida mühəndisliyi ixtisası üzrə təhsil alan QM 2001 qrup tələbələrinin, bu kafedranın müəllimləri Dos. Çingiz Əliyev və Pakizə Tanırverdiyevanın rəhbərliyi ilə “Herba-Flora” MMC müəssisəsində praktiki-təhlil üzrə ekskursiyası baş tutub.

Universitetdən bildirilib ki, "Tehsil.biz"ə burada tələbələr məhsulların yığımı, xammal və yarımfabrikatların saxlanma anbarları, ilkin emal prosesi, məhsulun doldurulması, qablaşdırılması, paketlənməsi və hazır məhsulun saxlanma anbarları ilə tanış olub, avadanlıqların istehsal gücü və iş prinsipləri haqqında məlumat alıblar, eyni zamanda müəssisənin laboratoriyasında bir çox analizlər aparıblar.

Bunlardan şəkərin nəmliyi, balın orqonoleptiki keyfiyyət göstəricilərinin təyini, yod məhlulu ilə balın fermentinin təyini, invert şəkərin müəyyən edilməsi, analiz üçün bal məhlulunun hazırlanma qaydası, titrləmə yolu ilə balın və şəkərin turşuluğunun təyini analizlərini apardılar,  mikroskop altında balın tərkibində olan çiçək tozunun quruluşuna baxıblar.

Həmçinin müəssisənin analitik laboratoriya müdiri Murtuz müəllim tələbələrə laboratoriyada işləmək qaydaları və cihazların iş prinsipləri haqqında ətraflı məlumat verib.

Tələbələrə imkan yaranıb ki, tədris zamanı aldıqları nəzəri bilikləri praktik olaraq tətbiq etsinlər.

Xəbər lenti